Hazırkı Kodeks haqqında

Biz etik davranışın ən yüksək standartlarına uyğun çalışırıq və bütün işçilər, biznes tərəfdaşlar və bütün dünya üzrə şirkətimizin adından çıxış edən hər bir şəxsdən bu standartlara riayət etməyi gözləyirik. Bu, məsuliyyətli şirkət olaraq nüfuzumuzun qorunub saxlanılması və biznes uğurumuzun davamlı olmasına təminat verilməsi üçün vacibdir.

Davranış Kodeksimiz JTI şirkətinin hər hansı bir qurumu ilə əmək münasibətində olan, eləcə də həmin qurumdan kənar işə götürülən işçilər (məs: birbaşa JTI şirkəti tərəfindən işə götürülmədikdə belə müvəqqəti personal) kimi bütün fərdlərə şamil edilir.

Kodeksimizdə təsvir edilən normalar hərtərəfli deyildir. Onlar yerli qanunları və ya JTI şirkətinin istismar təlimatlarını, siyasətlərini və prosedurlarını əvəz etmir. Əgər Kodeksimizdə mövcud olan norma qüvvədə olan qanunlardan fərqlənirsə, hər hansı qanunu pozmadan daha sərt norma üstünlük təşkil edəcəkdir.

JTI şirkətinin Davranış Kodeksinə, qanunvericiliklə müəyyən olunan öhdəliklərimizə və ya istismar təlimatlarımıza, siyasətlərimizə və prosedurlarımıza riayət edilməməsi nizam-intizam tədbirləri ilə nəticələnə bilər.

Biz şirkətimizin dəyərlərini paylaşan və Kodeksimizdə qeyd olunan normalar üzrə aydın öhdəliklər qəbul edən tərəfdaşlar ilə birlikdə çalışmaq istəyirik.

Bu Kodeksin hər bir bölməsi üçün əlavə resurslara keçidlər təqdim olunur, o cümlədən:

Sual və ya narahatlığınız olduqda kiminlə danışa bilərsiniz.
Tətbiq olunan siyasətlərə və prosedurlara istinadlar və keçidlər.
JTI şirkətinin daxili şəbəkəsində və ya internetdə mövcud olan digər resurslara keçidlər.
Bu Kodeks daxilində əlaqədar bölmələrə keçidlər.

Kodeksin başqa dillərə tərcümə edilə bilməsinə baxmayaraq, onun ingilis dilində orijinal versiyası rəsmi versiya olaraq qalır.

Kodeksin bu versiyası 2018-ci ilin iyun ayından etibarən qüvvəyə minərək bütün əvvəlki çap və elektron versiyaları əvəz edir. Kodeks vaxtaşırı olaraq nəzərdən keçiriləcək və yeniləşdiriləcəkdir.

Əvvəlki Daxili nəzarət üzrə baş direktordan
Sonrakı Birbaşa menecer kimi vəzifəniz