Bu, JTI şirkəti üçün nə deməkdir?
Maraqların toqquşması işçiləri JTI şirkətinin marağına uyğun olmayan qərarlar verməyə sövq etməklə yanaşı həm şirkətin, həm də özlərinin nüfuzuna mənfi təsir edə bilər.
Axtarışa başlayın və Enter seçin
Biz işçilərdən onların şəxsi maraqlarının JTI şirkətinin maraqları ilə toqquşduğu hər hansı vəziyyətə yol verməməyi gözləyirik.
Maraqların toqquşması işçiləri JTI şirkətinin marağına uyğun olmayan qərarlar verməyə sövq etməklə yanaşı həm şirkətin, həm də özlərinin nüfuzuna mənfi təsir edə bilər.
Mən maraqların toqquşduğu vəziyyətlərdən yayınıram.
Mən şəxsi maraqlarımın JTI şirkətinin adından verdiyim qərarlara təsir etməsinə imkan vermirəm. Mən iş yerində qərarlarıma təsir edə bilən bütün ailə və ya şəxsi münasibətlərimi açıqlayıram.
Mən işdən kənarda JTI şirkətinin işgüzar maraqlarını pozan və ya onlara rəqabət yaradan heç bir fəaliyyətlə məşğul olmuram.
Mən hədiyyələr, qonaqpərvərlik və ya əyləncə mübadiləsi zamanı yarana biləcək maraqların toqquşma hallarını da nəzərə alıram.
Maraqların toqquşması qaçılmaz olduqda, özümü və JTI şirkətini qorumaq üçün dərhal onu açıqlayıram.
Bir menecer kimi komandamın hə hansı bir üzvü tərəfindən açıqlanan maraqların toqquşması hallarını insan resursları və daxili nəzarət qruplarının dəstəyi ilə aradan qaldırmaq mənim vəzifəmdir.
Biznes tərəfdaşlar maraqların toqquşması ilə nəticələnə bilən heç bir vəziyyətə yol verməməlidir. JTI şirkətinin maraqları ilə hər hansı mümkün toqquşma halları onebehavior@jti.com elektron poçtu vasitəsilə bildirilməlidir.
Aşağıda maraqların mümkün toqquşma hallarının bir neçə nümunəsi təqdim olunur: