Biznes etikamız

Hədiyyələr, qonaqpərvərlik və əyləncə mübadiləsi

Biz hədiyyələr, qonaqpərvərlik və əyləncə (HQƏ) mübadiləsini təşviq etmirik, lakin qəbul edirik ki, bəzən HQƏ geniş yayılmış biznes praktikasıdır.

Bu, JTI şirkəti üçün nə deməkdir?

Hədiyyə əvəzində heç bir ödəniş olmadan verilən və ya qəbul edilən dəyərli əşyadır. Qonaqpərvərlik və əyləncə dedikdə isə haqqı ödənilmiş tədbirlər, yerləşdirmə, yeməklər və içkilər nəzərdə tutulur.

Biz hədiyyələr, qonaqpərvərlik və əyləncə mübadiləsi zamanı daim şəffaf olmalıyıq, əks təqdirdə bunlar rüşvət və ya maraqların toqquşması kimi qəbul edilə bilər.

Bu, bir işçi kimi mənim üçün nə deməkdir?

Mən hər hansı HQƏ-ni təklif və ya qəbul etməzdən əvvəl HQƏ prinsiplərinə riayət edirəm.

Mən HQƏ mübadiləsinin işgüzar qərarlarıma təsir etməsinə imkan vermirəm.

Dəyərindən asılı olmayaraq dövlət qulluqçusu və ya dövlət qurumu ilə mübadilə edilmiş istənilən HQƏ üçün icazə alınmalıdır.

Bu, bizim biznes tərəfdaşlarımız üçün nə deməkdir?

Bizim adımızdan çıxış etmək üçün təyin olunan biznes tərəfdaşlardan HQƏ prinsiplərinə riayət etməyi və istənilən HQƏ mübadiləsi üçün əvvəlcədən icazə almağı gözləyirik.

HQƏ prinsiplərinə uyğun olaraq, HQƏ:

  1. Qüvvədə olan qanunvericiliyə və yerli adətlərə uyğun olmalıdır.
  2. Münasib, mütənasib, bəzən və adekvat olmalıdır.
  3. İşçilər və üçüncü tərəflər arasında maraqların toqquşmasına səbəb olmamalıdır.
  4. Qanunsuz üstünlük əldə etmək və yaxud düzgün olmayan işi mükafatlandırmaq və ya təşviq etmək üçün verilməməli və ya qəbul edilməməlidir.
  5. Nağd pul və yaxud nağd pula çevrilə bilən vauçerlər və ya kuponlar şəklində olmamalıdır.
  6. İcazə almaq üçün tam şəkildə açıqlanmalıdır. Açıqlamada HQƏ-nin məqsədi və tam dəyəri əks etdirilməli, habelə bütün iştirakçılar, o cümlədən JTI şirkətinin işçiləri qeyd edilməlidir.

Daha çox öyrən