Biznes etikamız

Rüşvətxorluq və korrupsiya ilə mübarizə

Biz rüşvətxorluq və ya korrupsiyanın heç bir formasına yol vermirik.

Bu, JTI şirkəti üçün nə deməkdir?

Biz bütün işgüzar əməliyyatlarımızda vicdanla fəaliyyət göstərmək əzmindəyik və rüşvətxorluq və korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq səyləri fəal dəstəkləyirik.

Rüşvətxorluq biznes üstünlüyü müqabilində hər hansı dəyərli əşyanın (bir qayda olaraq pulun) verilməsini və ya alınmasını ehtiva edir. Korrupsiya dedikdə isə şəxsi qazanc üçün xidməti vəzifədən sui-istifadə nəzərdə tutulur.

Formallığın asanlaşdırılmasına görə ödənişlər rüşvətxorluğun bir formasıdır və adətən müntəzəm xidmətin həyata keçirilməsi və ya sürətləndirilməsi müqabilində dövlət qulluqçularına verilən kiçik hədiyyələri və ya ödənişləri ehtiva edir.

Rüşvətxorluq və korrupsiyaya qarşı qanunların pozulması cinayət məsuliyyəti və cinayət təqibi, eləcə də JTI şirkəti və məsuliyyət daşıyan işçilər üçün maliyyə sanksiyaları ilə nəticələnə bilər.

Bu, bir işçi kimi mənim üçün nə deməkdir?

Mən rüşvətxorluq və ya korrupsiyanın heç bir formasında iştirak etmirəm. Xüsusilə, mənə rüşvət və ya formallığın asanlaşdırılmasına görə ödəniş almaq və ya vermək təklif edilərsə, mən bu təklifdən imtina edir və bu barədə dərhal yerli və ya regional səviyyədə hüquqşünasa yaxud daxili nəzarət qrupunun üzvünə məlumat verirəm.

Mən, həmçinin, hədiyyələr, qonaqpərvərlik, əyləncə, dövlət orqanlarına ianələr, xeyriyyə ianələri və sponsorluqla əlaqədar mümkün rüşvətxorluq risklərini də nəzərə alıram.

Bu, bizim biznes tərəfdaşlarımız üçün nə deməkdir?

Biz bütün biznes tərəfdaşlarımızdan, o cümlədən öz adımızdan çıxış etmək üçün təyin olunan şəxslərdən JTI şirkəti ilə əməkdaşlığın şərti kimi "rüşvətxorluq və korrupsiyaya qarşı sıfır dözümlülük" prinsipinə tam riayət etməyi gözləyirik.

JTI şirkəti rüşvətxorluq və ya korrupsiyaya cəlb olunduğu müəyyən edilən istənilən biznes tərəfdaş ilə imzalanmış sazişə xitam verə bilər.

Praktikada dəyərlərimizin qorunub saxlanılması

"Gələcək təchizatçının satış nümayəndəsindən mənə dəfələrlə zənglər və elektron məktublar gəldi. Mən ona bildirdim ki, təklif etdiyi məhsullar şərtlərimizə cavab vermir. O, yenidən mənə zəng edərək bildirdi ki, JTI şirkəti onun təklifini qəbul edərsə, mənə əlavə 5% "şəxsi komisyon haqqı" ödəyəcəkdir. Mən ona bildirdim ki, bu cür praktika bizim dəyərlərimizə və Davranış Kodeksimizə uyğun deyildir və ondan JTI şirkətinə bir də zəng etməməyi xahiş etdim. Mən bu barədə dərhal öz menecerimə məlumat verdim."

Satınalmaların təşkili şöbəsinin işçisi

Daha çox öyrən