Biznes etikamız

Kənar əlaqələrin idarə edilməsi

Yalnız səlahiyyətli şəxslər JTI şirkətinin adından jurnalistlərə müsahibə verə bilər, lakin bütün işçilər biznesimizlə əlaqədar sosial mediada iştirak etməyə həvəsləndirilirlər.

Bu, JTI şirkəti üçün nə deməkdir?

Yalnız JTI şirkətinin rəhbərliyi, ölkə menecerləri və korporativ məsələlər üzrə səlahiyyətli yerli, regional və qlobal nümayəndələr jurnalistlərə müsahibə verə bilər.

Bu, bir işçi kimi mənim üçün nə deməkdir?

Mən sosial mediada JTI şirkəti haqqında məlumatların paylaşılması mövzusunda diqqətliyəm və yalnız Şirkət tərəfindən təqdim olunmuş və ictimaiyyətə açıqlanan məlumatlara istinad edirəm.

Mən sosial media, bloqlar və müzakirə forumlarında JTI şirkəti haqqında məxfi məlumatları yerləşdirmirəm və ya paylaşmıram.

Bir qayda olaraq, əgər mən ölkədə çıxan qəzetin ön səhifəsində hər hansı məlumatı görmək istəmirəmsə, o zaman həmin məlumatı sosial mediada və ya hər hansı digər ictimai forumda yerləşdirməməli və ya paylaşmamalıyam.

Sosial media üzrə icazə və qadağalar:

  • BƏLİ – JTI şirkətinin biznes kanalları tərəfindən dərc edilmiş məlumatları və iş elanlarını fərdi şəbəkələrinizdə paylaşmaq
  • BƏLİ – İfadə etdiyiniz fikirlərin sizə aid olduğunu açıq bildirmək.
  • XEYR – Məxfi məlumatları sosial media saytlarında yerləşdirmək.
  • XEYR – JTI şirkətinin tütün məhsullarını fərdi qaydada sosial mediada təşviq etmək.

Daha çox öyrən