Bu, JTI şirkəti üçün nə deməkdir?
Maliyyə cinayətləri cəmiyyətə və dövlətə ziyan vurmaqla bərabər JTI şirkətinin işgüzar fəaliyyətinə və nüfuzuna xələl gətirə bilər.
Maliyyə cinayətinə çirkli pullarının yuyulması, vergidən yayınma və vergidən yayınmanı təşviqetmə daxildir. Çirkli pulların yuyulması qeyri-qanuni şəkildə əldə edilmiş pulların zahirən qanuni pullara və ya digər aktivlərə çevrilməsidir. Vergidən yayınma tələb olunan vergilərin ödənişindən boyun qaçırmaq üçün görülən tədbirlərdir. Vergidən yayınmanı təşviqetmə isə biznes tərəfdaşın və ya digər üçüncü tərəfin vergilərdən yayınmasına kömək etməkdir.
Maliyyə cinayətinin törədilməsi və ya təşviq edilməsinə görə təyin olunan cərimələr hətta JTI şirkəti və ya məsuliyyət daşıyan şəxs həyata keçirilmiş fəaliyyətdən faydalanmadıqda belə həm JTI şirkəti, həm də onun işçiləri üçün ciddi xarakter daşıya bilər. Siz qəsdən və ya bilməyərəkdən kiməsə bu cür fəaliyyətin həyata keçirilməsində kömək etdiyinizə görə məsuliyyət daşıya bilərsiniz.