Biznes etikamız

İnsayder sövdələşməsinin qarşısının alınması

İşçilər heç bir halda insayder sövdələşməsi ilə məşğul olmamalıdır.

Bu, JTI şirkəti üçün nə deməkdir?

İnsayder sövdələşməsi dedikdə xidməti məlumatlardan şəxsi mənfəət və ya üçüncü tərəfin mənfəəti üçün istifadə nəzərdə tutulur. O, həmçinin, xidməti məlumatlara əsaslanan tövsiyəni də özündə birləşdirir. Xidməti məlumatlar açıqlandığı təqdirdə şirkətin qiymətli kağızlarının qiymətinə mühüm təsir edə bilən istənilən daxili məlumatdır. Xidməti məlumatlar məxfi maliyyə nəticələrini, dividentlərin ödənişi haqqında bildirişləri, səhmlərin buraxılması və yaxud geri alınmasını, əsas biznes genişləndirmə planlarını, təklif olunan birləşmələri, şirkətlərin udulmasını və ya satın alınmasını ehtiva edə bilər.

Bu, bir işçi kimi mənim üçün nə deməkdir?

Mən xidməti məlumatlara malik olduqda hər hansı qiymətli kağızları (məs: səhmləri, istiqrazları və ya birja vasitələrini) almıram və ya satmıram yaxud digərlərinə qiymətli kağızları almağı və ya satmağı tövsiyə etmirəm. Mən səlahiyyətim olmayana qədər xidməti məlumatları üçüncü tərəflə ötürmürəm.

Mən həmkarımın və ya biznes tərəfdaşımın əməkdaşının müvafiq izahat vermədən xidməti məlumatları əldə etməyə çalışdığından xəbər tutduqda, dərhal bu barədə Maliyyə direktoruna və ya daxili nəzarət qrupunun üzvünə məlumat verirəm.

Bu, hansı vəziyyətlərə şamil edilir?

Aşağıda insayder sövdələşməsinin riskini nümayiş etdirən bəzi vəziyyətlər təqdim olunur:

  • Biznesin inkişafı qrupunun üzvü potensial hədəf şirkətin səhmlərini almaq istəyir.
  • Maliyyə komandasının üzvü JT Şirkətlər Qrupu tərəfindən ictimaiyyətə açıqlanmayan maliyyə məlumatlarına daxil olmaq hüququna malikdir və JT Şirkətlər Qrupunun ona aid səhmlərini satmaq istəyir.
  • Mənim həyat yoldaşım JT Şirkətlər Qrupunun bir neçə səhmini almaq istəyir və məndən Şirkətlər Qrupunun hələ açıqlanmamış maliyyə nəticələri haqqında soruşmuşdur.

Daha çox öyrən