Bu, JTI şirkəti üçün nə deməkdir?
İqtisadi sanksiyalar və ixrac nəzarət vasitələri müəyyən şəxslər, təşkilatlar və ya ölkələrlə biznes əməliyyatlarını məhdudlaşdıra və ya qadağan edə bilər. Onlar müəyyən malların və ya xidmətlərin ixracını və ya idxalını da məhdudlaşdıra və ya qadağan edə bilər. Qəsdən olmadıqda belə, sanksiyalara və ixrac nəzarət vasitələrinə əməl etməməyə görə həm JTI şirkəti, həm də onun işçilərinə ciddi cərimələr tətbiq edilə bilər.
Biz mövcud siyasətlər və proseslər sayəsində biznes qurumlarımızın və ya işçilərimizin heç birinin qadağan olunmuş əməliyyatlarla məşğul olmadığına təminat veririk.