Biznes etikamız

Gizlilik və məxfiliyə riayət edilməsi

Biz təminat veririk ki, şəxsi məlumatları qanuni və təhlükəsiz şəkildə toplayır, istifadə edir və saxlayırıq. Biz öz şəxsi məlumatlarımıza da eyni diqqət göstəririk.

Bu, JTI şirkəti üçün nə deməkdir?

Biz həyata keçirdiyimiz bütün əməliyyatlar zamanı işçilərimiz, biznes tərəfdaşlarımız və digər maraqlı tərəflərlə əlaqədar şəxsi məlumatları toplayır və onlarla işləyirik. Biz bütün bu cür məlumatlara diqqətlə və məxfi yanaşır və yalnız JTI şirkətinin effektiv fəaliyyəti üçün zəruri olan məlumatlardan istifadə edirik.

Biz, həmçinin, Şirkətimiz haqqında eyni diqqət səviyyəsini tələb edən məxfi kommersiya məlumatları da yaradırıq.

Şəxsi və ya məxfi məlumatların qeyri-qanuni və ya icazəsiz açıqlanması nüfuzumuza xələl gətirə və biznesimizə mənfi təsir edə bilər.

Bu, bir işçi kimi mənim üçün nə deməkdir?

Mən şəxsi məlumatlarla işləyən zaman diqqətli oluram. Mən daim şəxslərin məxfiliyinə hörmət edir və məlumatlardan qanuni şəkildə istifadə edirəm.

Mən şəxsi məlumatları paylaşmaq istədikdə xüsusilə diqqətli oluram. Mən yalnız düzgün əsaslandırılmış biznes səbəb olduğu təqdirdə belə edirəm. Mən şübhələndikdə yerli və ya regional hüquqşünasdan məsləhət alıram.

Mən məxfi və şəxsi məlumatları saxlamaq və paylaşmaq üçün yalnız JTI şirkətinin təhlükəsiz və təsdiq edilmiş İT həll variantlarından istifadə edirəm. Mən öz cihazlarımı və sənədlərimi mühafizə edir və JTI şirkətinin İT sistemlərinə, veb-saytlarına və şirkətin digər aktivlərinə daxil olmaq üçün etibarlı və gizli şifrələr saxlayıram.

Mən şəxslərin məxfi məlumatlar və ya şifrələrə gizlicə icazəsiz qulaq asmaması, habelə bu şifrələri görməməsinə və ya onlara daxil olmamasına təminat vermək üçün JTI şirkətinin iş yerlərindən kənarda işləyərkən daha da diqqətli oluram.

Əgər mən məxfi məlumatlar əldə edirəmsə və onların mənşəyi və ya təyinatından əmin deyiləmsə, bu barədə menecerimə müraciət edirəm. Mən heç vaxt məxfi məlumatlar tələb edən şübhəli mesajlara cavab vermir və bu cür mesajlarda göstərilən keçid və ya qoşmaları açmıram.

Mən məlumatların məxfliyinin pozulmasından və ya onların təyinatdan kənar istifadəsindən şübhələndiyim hallarda dərhal yerli və ya regional hüquqşünasa, yaxud daxili nəzarət və ya məlumat təhlükəsizliyi qruplarının nümayəndəsinə məlumat verirəm.

Bu, hansı məlumatlara aiddir?

Şəxsi məlumatlar dedikdə istənilən fərdi məlumat, məsələn, ad, ünvan, əlaqə məlumatları, eyniləşdirmə nömrələri, eləcə də sağlamlıq, ailə, maliyyə vəziyyəti və ya iş barəsində təfərrüatlar nəzərdə tutulur.
Məxfi məlumatlara açıqlandığı təqdirdə JTI şirkətinin biznesinə və ya nüfuzuna xələl gətirə bilən əməliyyatlar, məhsullar, biznes planları və biznes tərəfdaşları ilə əlaqədar məlumatlar daxildir.

Daha çox öyrən