Bu, JTI şirkəti üçün nə deməkdir?
Şirkətin aktivlərinə mexanizmlər və avadanlıqlar, İT cihazları, məhsullar və istehsalat materialları, əqli mülkiyyət (ƏM) və Şirkət məlumatları daxildir.
Şirkət aktivlərinin təyinatdan kənar istifadəsi, yoxluğu və ya funksionallığının pozulması biznes fəaliyyətimizi poza, maliyyə itkiləri və işgüzar nüfuza xələl gətirilməsi ilə nəticələnə bilər.
Bizim əqli mülkiyyətimiz xüsusilə dəyərlidir, çünki o, bizə məhsullarımızı və xidmətlərimizi fərqləndirməyə və rəqabət üstünlüyümüzü qoruyub saxlamağa kömək edir. Şirkətdə çalışdıqları müddətdə işçilər tərəfindən JTI şirkəti üçün işlənib-hazırlanmış bütün ixtiralar, ideyalar və konsepsiyalar Şirkətə məxsusdur və fərdi qaydada satılıb-alına bilməz.