Bu, JTI şirkəti üçün nə deməkdir?
JT Şirkətlər Qrupu qanunsuz tütün ticarətinə qarşıdır və öz təchizat zəncirini mühafizə etməklə və bu problemlə mübarizə aparmaq məqsədilə hüquq-mühafizə orqanları ilə sıx əməkdaşlıq etməklə, qanunsuz ticarətin bütün formaları ilə mübarizə aparmaq öhdəliyi götürmüşdür.
Qanunsuz tütün ticarəti qanuni tütün biznesinə ziyan vurur, dövlətin vergi gəlirlərini azaldır və mütəşəkkil cinayətə rəvac verir.
Biz JTI şirkətinin tütün məhsullarının nəzərdə tutulan bazarlarda qanuni ticarət kanalları vasitəsilə yalnız yetkinlik yaşına çatmış siqaret çəkənlərə satılmasına təminat vermək üçün bazarlarımıza və müştərilərimizə ciddi nəzarət edirik.