Məhsullarımız

Məhsulun keyfiyyətinə təminat verilməsi

Biz davamlı olaraq JTI şirkətinin keyfiyyət standartlarına və istehlakçıların gözləntilərinə cavab verən dünya səviyyəli istehsal fəaliyyətimizlə qürur duyuruq.

Bu, JTI şirkəti üçün nə deməkdir?

Biz məhsullarımızı etibarlı mənbələrdən əldə olunan keyfiyyətli tütün və qeyri-tütün materiallarından istifadə etməklə, ciddi texniki şərtlərə uyğun olaraq istehsal edirik.

Normativ-hüquqi tələblərə tam riayət etməklə, təchizatçıların seçilməsi, istehsal, saxlanma, paylanma və müştəri xidmətlərinin bütün mərhələlərində keyfiyyətə təminat verilir.

Bu, bir işçi kimi mənim üçün nə deməkdir?

Vaxt və ya digər resurs məhdudiyyətlərindən asılı olmayaraq, mən daim JTI sşirkətinin məhsulun keyfiyyəti üzrə standartlarına və prosedurlarına əməl edirəm.

Mən birgə çalışdığım hər hansı biznes tərəfdaşların da belə etməsinə çalışıram.

Bu, bizim biznes tərəfdaşlarımız üçün nə deməkdir?

Biz biznes tərəfdaşlarımızdan qüvvədə olan qanunlara, JTI şirkətinin təchizatçılara dair standartlarına, materialın keyfiyyətinə dair meyarlara və xidmət sazişlərinə əməl etməyi gözləyirik. Onlardan JTI şirkəti tərəfindən istənilərsə öz mallarını və ya xidmətlərini təftiş üçün təqdim etmək tələb olunur.

Bu, hansı vəziyyətlərə şamil edilir?

Aşağıda məhsulun keyfiyyəti ilə əlaqədar mümkün problemlərin bir neçə nümunəsi təqdim olunur:

  • Distributor mənə bildirib ki, bəzi məhsulların üzərində aksiz markası yoxdur.
  • Bəzi siqaret paçkalarının içində olan siqaretlər qutunun üzərinə çap edilmiş brendə aid deyil.
  • Müştəri bildirib ki, siqaret paçkalarında zədələnmələr var və o, paçkaların saxta olma ehtimalından narahatdır.

Daha çox öyrən