Məhsullarımız

Məhsullarımızın məsuliyyətli marketinqi

Biz məhsullarımızı məsuliyyətlə yetkinlik yaşına çatmış siqaret çəkənlərə satırıq.

Bu, JTI şirkəti üçün nə deməkdir?

Biz bu məsuliyyəti ciddi qəbul edir və bütün müvafiq normativ-hüquqi aktlara, habelə JT Şirkətlər Qrupunun Qlobal tütün marketinqi üzrə prinsiplərinə tam riayət edirik.

Biz öz məhsullarımızı yetkinlik yaşına çatmamış şəxslərə satmırıq. Biz, həmçinin, heç kəsi siqaret çəkməyə həvəsləndirmirik və siqaret çəkənləri siqaretdən imtina etmək fikrindən daşındırmağa çalışmırıq. Biz brendə bağlılığı qoruyub saxlamaq və rəqib brendlərin istifadəçilərini bizim məhsullara keçməyə həvəsləndirmək məqsədi ilə məhsullarımızı yetkinlik yaşına çatmış siqaret çəkənlərə satırıq.

Biz hesab edirik ki, yetkinlik yaşına çatmış siqaret çəkənlər siqaret çəkmək qərarına gəlməmişdən qabaq siqaretin sağlamlığa ziyanları haqda müvafiq qaydada məlumatlandırılmalıdır.

Bu, bir işçi kimi mənim üçün nə deməkdir?

Əgər Marketinq və Satış (MS) fəaliyyətlərində iştirak edirəmsə, mən MS siyasətləri, təlimatları və prosedurları, eləcə də qüvvədə olan qanunvericiliyin bütün tələbləri və JT Şirkətlər Qrupunun Qlobal tütün marketinqi üzrə prinsipləri ilə tanış olmalıyam. Mən onları davamlı olaraq gündəlik fəaliyyətimdə tətbiq edirəm.

Bu, bizim biznes tərəfdaşlarımız üçün nə deməkdir?

Biz bazar araşdırması, brend marketinqi, məhsulun təşviqi və ya digər MS fəaliyyətlərinə cəlb olunmuş biznes tərəfdaşlardan şirkətimizin MS siyasətlərinə, təlimatlarına və prosedurlarına, eləcə də qüvvədə olan qanunvericiliyin bütün tələblərinə və JT Şirkətlər Qrupunun Qlobal tütün marketinqi üzrə prinsiplərinə riayət etməyi gözləyirik.

Bu, hansı vəziyyətlərə şamil edilir?

Aşağıda məsuliyyətli marketinqə aid olmayan marketinq fəaliyyətlərinin bir neçə nümunəsi təqdim olunur:

  • Biz tütün məhsullarımızın üçüncü tərəfin həddi-buluğa çatmamış və ya siqaret çəkməyən şəxslərin də daxil olduğu videolar və bloqlar kimi internet məlumatlarında yerləşdirilməsinə görə ödəniş edirik və ya digər formada buna icazə veririk.
  • Siqaret brendlərimizdən birinin vurulduğu reklam lövhəsi orta məktəbin girişi ilə üzbəüz yerləşdirilib.
  • İnternetdə brendin veb-saytı istehlakçıların yaşını yoxlamaq üçün münasib mexanizmə malik deyildir.

Daha çox öyrən