Bu, bir işçi kimi mənim üçün nə deməkdir?
Təminat verirəm ki, mən sağlamlıq və təhlükəsizliklə bağlı bütün müvafiq təlimlərdə iştirak edirəm və yerli sağlamlıq və təhlükəsizlik prosedurlarından xəbərdaram.
Əgər məndən mexanizmləri işlətmək və ya Şirkətin nəqliyyat vasitəsini sürmək tələb edilərsə, mən təhlükəsiz şəkildə və məsuliyyətlə davranaraq potensial təhlükələrdən xəbərdar olmalıyam. Əgər mənim mühakimə və ya icra qabiliyyətim pisləşərsə, mexanizmləri işlətməməli, nəqliyyat vasitələrini idarə etməməli yaxud da özümə və ya başqalarına zərər verə biləcək hər hansı digər fəaliyyəti həyata keçirməməliyəm.
Mən bütün təhlükəli şərait, insidentlər, qəza vəziyyətləri və ya təhlükəli davranışlar barədə məlumat verirəm.
Bir menecer kimi mən təhlükəsizlik mədəniyyətimizin fəal şəkildə idarə edilməsinə görə məsuliyyət daşıyıram. Mən təminat verirəm ki, işçilər təhlükəsiz şəkildə çalışmaq üçün tələb olunan bacarıqlara, biliklərə, təlim və avadanlıqlara malikdir. Əgər mənə sağlamlıq və təhlükəsizliklə bağlı insident və ya risk barədə məlumat verilərsə, mən onu dərhal aradan qaldırıram.