İnsanlarımız

İnsanlarla bərabər və hörmətlə davranma

Biz müxtəlifliyi qəbul edir və ayrı-seçkilik və ya incidilmə riskinin olmadığı inklüziv iş mədəniyyətini təşviq edirik.

Bu, JTI üçün nə deməkdir?

Kobud davranış, ayrı-seçkilik və incidilmə JTI şirkətinin dəyərlərinə ziddir. Yanlış hallara qarşı tədbir görmək özümüz və bir-birimiz üçün bir vəzifədir.

Biz cins, yaş, irq, din, əlillik, cinsi oriyentasiya, ailə vəziyyəti, etnik mənsubiyyət, milli mənşə və ya qanunla qorunan digər xüsusiyyətlərlə əlaqədar ayrı-seçkiliyə yol vermirik və belə ayrı-seçkiliyi qəbul etmirik.

Biz hər hansı fiziki, şifahi və ya yazılı incidilmə və ya hədə-qorxuya yol vermirik.

Bu, bir işçi kimi mənim üçün nə deməkdir?

Mən fərqli mədəniyyətlərə, rəylərə və həyat tərzlərinə dəyər verir və onlara hörmət edirəm. Mən davranışımın başqalarına necə təsir edə biləcəyini nəzərə alıram. Təhqiredici, təcavüzkar və ya hədələyici ünsiyyətə yol vermirəm. Mən nalayiq cinsi təkliflər və ya başqalarına qarşı xoşagəlməz fiziki jestlər etmirəm.

Əgər siqaret çəkirəmsə, siqaret çəkməyən insanların tüstüsüz mühitdə işləmə hüququna hörmətlə yanaşıram.

Əgər kimsə mənə qarşı kobud davranış və ya ayrı-seçkilik və ya incidilmənin hər hansı formasını nümayiş etdirirsə, mən bu barədə birbaşa menecerimə, İR üzrə biznes tərəfdaşıma və ya daxili nəzarət qrupunun üzvünə məlumat verirəm.

Bir menecer kimi mən müxtəlifliyi qəbul edir və həmkarlarıma bərabər şəkildə və hörmətlə yanaşıram. Mən ədalətli və qərəzsiz qərarlar qəbul edirəm. Mən ayrı-seçkilik və ya incidilmənin hər hansı formasına yol vermir və bununla əlaqədar mənə bildirilən narahatlıqlarla bağlı dərhal tədbir görürəm.

Bu, bizim biznes tərəfdaşlarımız üçün nə deməkdir?

Biznes tərəfdaşlarımızdan işçilərə hörmətlə və ədalətlə yanaşılan iş şəraiti yaratmağı və heç bir işçini ayrı-seçkilik və ya hədə-qorxunun hər hansı formasına məruz qoymamasını gözləyirik.

Aşağıda etinasız və ya təhqiredici davranışın bir neçə nümunəsi təqdim olunur:

  • Yersiz və ya təhqiredici zarafat, cinsi xarakterli şərhlər yaxud kişilər və ya qadınlara qarşı kobud şərhlər
  • İrqçi fikirlərin ifadə edilməsi
  • Digərlərinin qarşısında səhvlərini göstərməklə bir və ya bir neçə işçinin alçaldılması
  • Fərdləri və ya qrupları əsassız olaraq işlərdən və ya danışıqlardan kənarlaşdırmaqla onların təcrid edilməsi

Daha çox öyrən