Narahatlıqların bildirilməsi

Biz bir-birimiz və biznes tərəfdaşlarımız ilə münasibətlərimizdə qərəzsizlik, hörmət və dürüstlüyün təşviqinə görə birgə məsuliyyət daşıyırıq. JTI şirkəti olaraq biz bildirilən bütün narahatlıqları ciddi qəbul edir və onları aradan qaldırmaq üçün zəruri tədbirlər görürük.

Mən öz narahatlığımı kimə bildirməliyəm?

Sizdə şübhə və ya sual yaranarsa, daim məsləhət istəyin. Kodeksdə "Daha çox öyrən" bölmələri sizi müvafiq suallarla bağlı kömək edən və ya əlavə məlumatlar təqdim edən xüsusi şöbələrə yönəldir.

Əgər qanunsuz olan, Kodeksimizi, siyasətlərimizi və ya prosedurlarımızı pozan, yaxud biznes və ya nüfuzumuzu təhlükə altında qoya bilən hər hansı vəziyyətlə rastlaşsanız və ya onun haqqında eşitsəniz, dərhal bu barədə məlumat verməlisiniz.

Üzləşdiyiniz problemin xüsusiyyətindən asılı olmayaraq, siz arxayınlıqla öz meneceriniz və ya İR üzrə yerli biznes tərəfdaşınız ilə danışa bilərsiniz. Əgər bu variantlarda özünüzü rahat hiss etmirsinizsə, o zaman narahatlığınızı müstəqil və məxfi məlumatlandırma kanalımız, "Your Voice" (Sizin Səsiniz) vasitəsilə bildirə bilərsiniz.

Əgər narahatlıq bildirirsinizsə, biz bunun vicdanla edilməsini gözləyirik. Bu o deməkdir ki, hətta sonradan doğru olmadığı aşkarlandıqda belə bildirdiyiniz məlumatların doğruluğunu təxmin etmək üçün müvafiq əsaslarınız var. Əgər sizin bildirdiyiniz narahatlıq qəsdən yanlış, yalan və ya qərəzlidirsə, bu, intizam tədbiri ilə nəticələnə bilər.

Mən narahatlığı nə vaxt bildirməliyəm?

Məlumat vermək qərarına gəldikdə isə siz bunu gecikmədən etməlisiniz. Əgər gözləsəniz, vəziyyət həm özünüz, həm də JTI şirkəti üçün daha da pisləşə bilər. Bu, həmçinin, problemin həllini daha da çətinləşdirə bilər.

Problem haqqında vicdanla məlumat verən və ya araşdırma prosesinə kömək edən hər hansı şəxsə qarşı istənilən qısas hərəkəti ciddi intizam məsələsi kimi qəbul ediləcəkdir.

Your Voice necə işləyir?

Məlumat verin

Your Voice portalından istifadə etməklə yanlış davranışa görə narahatlıqların bildirilməsi üçün bir neçə üsul mövcuddur. Əəlaqə saxlayacağınız halda, siz başqa cür tələb etməyənə qədər, Your Voice prosesinin gedişində sizin şəxsiyyətinizi məxfi saxlayacağıq.
  • Your Voice portalı üzrə Əlaqələndirici Şəxs ilə əlaqə saxlayın
  • Narahatlığı onlayn Your Voice portalı vasitəsilə ünvanlayın.
  • Yaxud onebehavlor@jti.com elektron poçtu vasitəsilə birbaşa Daxili nəzarət qrupuna göndərin.

Nəzərdən keçirmə

Əlaqələndirici Şəxs sizin narahatlığınızı Daxili nəzarət qrupunun Koordinatoruna yönləndirəcək, o isə öz növbəsində ən düzgün fəaliyyət növü barədə qərar qəbul edəcəkdir. Lazım gəldikdə, Biznes etikası komitəsi ən münasib fəaliyyət planını müəyyənləşdirəcəkdir. Əgər narahatlıq Your Voice portalının əhatə dairəsinə aid deyilsə, Əlaqələndirici Şəxs bu haqda sizi məlumatlandıracaq və narahatlığınızın kimə bildirilməli olduğu barədə sizə məsləhət verəcəkdir.

Araşdırma

Əlavə araşdırmaya ehtiyac duyularsa, araşdırma qrupunun rəhbəri tərəfindən qərəzsiz və ədalətli şəkildə həyata keçiriləcəkdir. O, əldə etdiyi nəticələr haqqında Koordinatoru və ya Biznes Etikası komitəsini məlumatlandıracaqdır. Lazım gəldikdə, yerli rəhbərliyə tənbehedici tədbirlər tövsiyə olunacaqdır.

Problemin həlli

Əlaqələndirici Şəxs araşdırmanın nəticəsi barədə sizə məlumat verəcəkdir. Hər hansı işin bağlanmasından qabaq onu Daxili nəzarət üzrə məsul şəxs nəzərdən keçirir.

Daha çox öyrən

Əvvəlki Sizin Bələdçiniz