Cəmiyyətdə rolumuz

Siyasi cəhətdən bitərəflik

Siyasi cəhətdən bitərəflik bizim maraqlarımıza tam uyğundur.

Bu, JTI şirkəti üçün nə deməkdir?

Biz JTI şirkəti üçün əlverişli nəticə əldə etmək üçün dövlət qurumları, nümayəndələri və ya qanunverici orqanların üzvlərinə qeyri-məqbul təsir göstərmirik və ya bu təsiri göstərməyə cəhd etmirik.

Biz işçilərimizin siyasi proseslərdə fəal rol oynamaq hüququna hörmət edirik, bir şərtlə ki, onların iştirakı fərdi xarakter daşısın və JTI şirkəti ilə bağlı olmasın.

Bu, bir işçi kimi mənim üçün nə deməkdir?

Mənim siyasi mənsubiyyətim şəxsən özümə aiddir və JTI şirkətindəki işimlə heç bir əlaqəsi yoxdur. Mən istənilən siyasi fəaliyyətlə öz asudə vaxtımda, lakin JTI şirkətinin resursları, elektron poçt ünvanları və ya Şirkətə digər istinadlardan istifadə etmədən məşğul oluram.

Mən iş yerimdən siyasi kampaniyaları təşviq etmək, həmkarlarımın dəstəyini qazanmaq və ya siyasi fəaliyyətimə maliyyə töhfələri əldə etmək məqsədilə istifadə etmirəm.

Dövlət qurumunda vəzifə tutmaq istədikdə, bu barədə menecerimə, eləcə də yerli və ya regional hüquqşünasa məlumat verirəm.

Bu, hansı vəziyyətlərə şamil edilir?

Aşağıda siyasi fəaliyyətlə əlaqədar məsələlərin bir neçə nümunəsi təqdim olunur:

  • Mən JTI şirkətinin obyektində parlament seçkilərində namizədin rəhbərliyi ilə mitinq təşkil etmək istəyirəm.
  • Mən işdən kənarda yerli siyasətdə fəal iştirak edir və yerli idarəetmə orqanına üzv kimi seçkilərdə öz namizədliyimi irəli sürmək istəyirəm.
  • Həmkarım siyasi mitinqlərdə iştirak etmək üçün JTI markalı avtomobildən istifadə edir.

Daha çox öyrən