Cəmiyyətdə rolumuz

İnsan hüquqlarına hörmət

Biz bütün işgüzar əməliyyatlarımız zamanı öz işçilərimizin, biznes tərəfdaşlarımızın və onların işçilərinin, eləcə də çalışdığımız cəmiyyətlərdə insan hüquqlarına hörmət edirik.

Bu, JTI şirkəti üçün nə deməkdir?

İnsan hüquqları dünyanın hansı nöqtəsində yaşamasından asılı olmayaraq hər bir şəxsə bərabər şəkildə şamil olunan, bərabər imkanlar, əmək standartları, söz azadlığı və şəxsi həyat kimi mövzuları əhatə edən ümumbəşəri normalardır.

Biz bütün işçiləri insan hüquqlarına dair aydın məlumatlarla təmin edir və insan hüquqları ilə bağlı mümkün məsələləri müəyyənləşdirmək və azaltmaq üçün təsir qiymətləndirmələri aparırıq.

Biz insan hüquqlarına təhlükə yarandığı vəziyyətləri aradan qaldırmaq üçün beynəlxalq təşkilatlar, qeyri-hökumət təşkilatları və özəl şirkətlər ilə əməkdaşlıq edirik. Biz fəaliyyətimizdə uşaq əməyi riskini azaltmaq üçün xüsusi tədbirlər görür və uşaq əməyinin normal qəbul edildiyi cəmiyyətlərdə bu əmək növünü tamamilə ləğv etməyə çalışırıq.

Bu, bir işçi kimi mənim üçün nə deməkdir?

Mən JTI şirkətindən insan hüquqlarıma hörmət etməyi gözləyirəm. Mən özümün və ya həmkarlarımın insan hüquqlarının pozulma ehtimalından narahat olduqda, bu barədə müvafiq şəxslərə məlumat verirəm.

Əgər mən menecer vəzifəsini daşıyıramsa, öz komandamda əməkdaşların hüquqlarına hörmət göstərilməsinə təminat verməyə borcluyam. Mən işçi tərəfindən bildirilən istənilən narahatlığı birbaşa menecerlər üzrə təlimatlara uyğun olaraq həll edirəm.

Bu, bizim biznes tərəfdaşlarımız üçün nə deməkdir?

Bütün biznes tərəfdaşlardan qüvvədə olan yerli qanunvericiliyə və beynəlxalq konvensiyalara uyğun olan əmək praktikaları və iş şəraiti normalarını qəbul etmək və onları qoruyub saxlamaq gözlənilir.

Bu, hansı vəziyyətlərə şamil edilir?

Aşağıda narahatlıqla nəticələnə bilən vəziyyətlərin bir neçə nümunəsi təqdim olunur:

  • Tütün fermasında olarkən, mən uşağın ağır tütün yükünü daşıdığını gördüm.
  • Müstəqil QHT iddia edir ki, tütün yarpağının becərilməsində çalışan fəhlələr fərdi qoruyucu vasitə geyinmədən işləyirdi.
  • Mən eşitmişəm ki, həmkarımdan İR şöbəsinə məlumat vermədən həftə sonunda işləmək tələb edilmişdir.
  • Həmkarlarımdan birinin həmkarlar ittifaqına qoşulmaq hüququ onun meneceri tərəfindən rədd edilmişdir.

Daha çox öyrən