Bizim Kodekslə yaşayın

Hörmətli həmkar,

JTİI-ın Davranış Kodeksinin yekun versiyasına xoş gəlmisiniz! Bu versiya yenilənib və onu onlayn və mobil cihazlar vasitəsilə əldə etmək olar.

Kodeks bizim hər birimiz üçün müəyyən bir məna kəsb edir. Bəziləriniz üçün bu, bizim şirkət olaraq necə olduğumuzu və öhdəlik kimi götürdüyümüz etika standartlarını təsvir edir. Başqaları üçün isə hər bir vəziyyətdə nə etmək olduğuna dair qərar verməyə kömək edən təlimatdır. Mənim üçün isə o, 35 ildir ki, bu Şirkətdə işləməkdən nə üçün qürur duyduğumu xatırladır.

Əsas etibarı ilə Kodeks dörd əsas sahədə bizim öhdəliklərimizi qeyd edir: insanlarımız, məhsullarımız, biznes etikamız və cəmiyyətdə rolumuz. Bu, şirkətdə tutduğumuz mövqedən, funksiyadan və ya bazardan asılı olmayaraq, hər birimizdən nə tələb olunduğunu təsvir edir. Aydın olmayan hallarda Sizin Bələdçi sizə qərar qəbul etməyə və düz seçim etməkdə arxayın olmağınıza kömək edə bilər.

Mən bütün menecerləri bu nümunəyə əməl etməyə və öz komandalarında etik davranışları aşılamağa çağırıram. Mən gözləyirəm ki, onlar anlayış və açıq müzakirələri təşviq edən, işçilərin daha rahat danışa biləcəyi mühit yaradacaqlar. Yalnız “düzgün işləmək” öhdəliyimiz vasitəsilə biz öz biznes məqsədlərimizə nail olacaq, JTI-ın həqiqi ruhunu qoruyaraq möhkəmləndirəcəyik.

Kodeksdən həmkarlarınız, tərəfdaşlarınız və ya təchizatçılarınız ilə münasibətlər zamanı istifadə edin. Onu müzakirə edin, anlayın və ən mühümü onunla yaşayın. Hər gün.

Vahid Komanda. Vahid Davranış. Bizim Uğurumuz.


Hovard Parks
İnsan Resursları üzrə böyük vitse-prezident və Daxili nəzarət üzrə baş direktor

«Kodeksdən həmkarlarınız, tərəfdaşlarınız və ya təchizatçılarınız ilə münasibətlər zamanı istifadə edin. Onu müzakirə edin, anlayın və ən mühümü onunla yaşayın.»

Əvvəlki Baş icraçı direktorumuzdan
Sonrakı Hazırkı Kodeks haqqında