Şərtlər və müddəalar

Hazırkı sayt JT International SA şirkətinə məxsusdur. Bu saytdan istifadə etməklə siz onun aşağıda təqdim olunan Şərtləri və Müddəalarını, və Məxfiliyə dair Bəyanatını qəbul etmiş olursunuz. Bu siyasətlərlə razı olmasanız, dərhal bu saytdan istifadəni dayandırın.

Bu Şərtlər və Müddəalar WWW.CODEOFCONDUCT.JTI.COM İnternet saytından istifadəyə tətbiq edilir.

1.1 Şərtlərin qəbul edilməsi

İnternet saytımız bütün dünyada İnternetə çıxışı olan hər bir şəxs üçün əlçatandır. Saytımıza çıxış və ondan istifadə edilməsinə Şərtlər və Müddəalar tətbiq edilir. İNTERNET SAYTIMIZDAN İSTİFADƏ ETMƏKLƏ VƏ ONA DAXİL OLMAQLA SİZ MƏHDUDİYYƏT OLMADAN BÜTÜN BU ŞƏRTLƏRİ VƏ MÜDDƏALARI QƏBUL ETMİŞ OLURSUNUZ. Biz istənilən vaxt bu Şərtləri və Müddəaları dəyişdirmək hüququnu özümüzdə saxlayırıq. Hazırkı Şərtlərin və Müddəaların dəyişdirilməsi sadəcə olaraq, İnternet saytımızda bu Şərtlərin və Müddəaların yeni və dəyişdirilmiş versiyasını yerləşdirməklə yerinə yetiriləcəkdir. İnternet saytımızdan istifadə etməklə siz əvvəlcədən, hər istifadəyə mövcud şərtlərin və müddəaların tətbiq edilməsinə razılaşırsınız.

1.2 Saytın məqsədi

Bu sayt JT International şirkətinin Davranış Kodeksi haqqında məlumat vermək məqsədi daşıyır.

1.3 Materiallar üzərində mülkiyyət hüququ, Müəllif hüququ və Əmtəə nişanı haqqında qeyd

İnternet saytımızda istifadə edilən və göstərilən bütün materiallar, o cümlədən mətn, proqram təminatı, şəkillər, qrafiklər, illüstrasiyalar və qrafik tərtibatlar, video, musiqi və səsləndirmə, adlar, loqolar və əmtəə nişanları JT International S.A. (JTI) şirkətinin mülkiyyətidir və bunlara görə şirkətə lisenziya verilmişdir. Sayta həmçinin üçüncü tərəflərin əmtəə nişanları daxil ola bilər.

Bu əmtəə nişanları öz müvafiq sahiblərinin mülkiyyətidir və siz mövcud əmtəə nişanı sahibinin qabaqcadan yazılı icazəsi olmadan onlardan istifadə etməməyə və ya təqdim etməməyə razılaşırsınız. Sizə İnternet saytımızdan materialı kommersiya məqsədi üçün deyil, yalnız şəxsi məqsəd üçün istifadə etmək səlahiyyəti verilir, lakin bunu etməklə, siz hər hansı əmtəə nişanını, müəllif hüququnu və ya məxfiliyə dair bildirişi silə və yaxud ona düzəliş edə bilməzsiniz. Siz JTI şirkətinin yazılı icazəsi olmadan bu cür hər hansı materialı dəyişdirməməyə, yenidən istehsal etməməyə, yenidən ötürməməyə, paylaşmamağa, yaymamağa, satmamağa, dərc etməməyə, yayımlamamağa və ya təqdim etməməyə razılaşırsınız. Siz İnternet saytımızda göstərilən materialların hər hansı birini hiperlink, sinxronlaşdırma və ya digər vasitələrlə digər İnternet saytın bir hissəsi kimi təqdim edə bilməzsiniz. Hazırkı sənəddə dəqiq şəkildə göstərilməyən hər hansı hüquq qorunur.

1.4 Linklər

JTI şirkəti bizim saytımıza bağlana biləcək İnternet saytlarında göstərilən materialı nəzərdən keçirmir və ya yoxlamır və bu cür bağlantı yaradılmış İnternet saytlarının məzmununa görə məsuliyyət daşımır. Sizin bu cür İnternet saytlarına bağlantınız öz riskiniz daxilində yerinə yetirilir.

1.5 Məxfiliyə dair müddəa

Zəhmət olmasa, WWW.CODEOFCONDUCT.JTI.COM İnternet saytında hazırkı Şərtlərə və Müddəalara istinad etməklə daxil edilmiş Məxfiliyə dair Bəyanata baxmaq və nəzərdən keçirmək üçün buraya klikləyin. Bu Şərtləri və Müddəaları qəbul etməklə siz məxfiliyə dair müddəalar üzrə öhdəlikləri qəbul etməyə razılaşır və şəxsi məlumatlarınızın işlənməsi ilə bağlı ətraflı və kifayət qədər məlumat aldığınızı təsdiq edirsiniz. Əlavə məlumat almaq istəsəniz, bizimlə əlaqə saxlaya bilərsiniz.

1.6 ZƏMANƏT VERİLMƏSİNDƏN İMTİNA

İNTERNET SAYTIMIZ HƏM BİRBAŞA, HƏM DƏ DOLAYI YOLLA HƏR HANSI NÖV ZƏMANƏT, MÜLKİYYƏT HÜQUQU ZƏMANƏTLƏRİ, KOMMERSİYA TƏTBİQİ ZƏMANƏTLƏRİ VƏ YAXUD KONKRET MƏQSƏDƏ YARARLILIQ ZƏMANƏTLƏRİ OLMADAN, “OLDUĞU KİMİ” TƏQDİM EDİLİR. JTI ŞİRKƏTİ İNTERNET SAYTIMIZDA GÖSTƏRİLƏN HƏR HANSI FAKTIN, RƏYİN, MƏSLƏHƏTİN VƏ YAXUD BƏYANATIN DƏQİQLİYİNƏ VƏ YA DOĞRULUĞUNA ZƏMANƏT VERMİR. İNTERNET SAYTIMIZDA YERLƏŞDİRİLƏN BÜTÜN MƏQALƏLƏR VƏ MATERİALLAR YALNIZ İNFORMASİYA XARAKTERİ DAŞIYIR VƏ KONKRET MƏSLƏHƏTİ ƏVƏZ ETMİR.

1.7 MƏSULİYYƏT HƏDDİ

SİZ BİZİM İNTERNET SAYTIMIZDAN ÖZ RİSKİNİZ DAXİLİNDƏ İSTİFADƏ EDİRSİNİZ. NƏ JTI ŞİRKƏTİ VƏ YA ONUN TƏSİSÇİ ŞİRKƏTİ, JAPAN TOBACCO INC. (JT), NƏ DƏ ONLARIN TÖRƏMƏ ŞİRKƏTLƏRİ, ŞÖBƏLƏRİ, FİLİALLARI, VASİTƏÇİLƏRİ, NÜMAYƏNDƏLƏRİ VƏ YA LİSENZİATLARI SİZİN QARŞINIZDA VƏ YA HƏR HANSI ŞƏXSİN QARŞISINDA BİZİM İNTERNET SAYTIMIZA ÇIXIŞDAN, ONDAN İSTİFADƏDƏN VƏ YA ÇIXIŞ VƏ YA İSTİFADƏNİN MÜMKÜN OLMAMASINDAN, İNTERNET SAYTIMIZDAN VƏ YAXUD İNTERNET SAYTIMIZDA GÖSTƏRİLƏN MƏLUMATLARDAN İRƏLİ GƏLƏN VƏ YAXUD İNTERNET SAYTIMIZDA GÖSTƏRİLƏN HƏR HANSI MƏLUMATA CAVAB OLARAQ VƏ YAXUD ONU NƏTİCƏSİNDƏ YERİNƏ YETİRİLƏN HƏR HANSI TƏDBİRDƏN YARANAN HƏR HANSI XƏSARƏT VƏ YAXUD BİRBAŞA, DOLAYI, TƏSADÜFİ, QƏSDƏN OLMADAN, XÜSUSİ, CƏZA XARAKTERLİ VƏ YA BUNLARA OXŞAR ZƏRƏRLƏRƏ GÖRƏ, MƏSULİYYƏT DAŞIMIR. SİZ BUNUNLA İNTERNET SAYTIMIZDAN VƏ YA ORADA VERİLƏN MƏLUMATLARDAN İSTİFADƏ NƏTİCƏSİNDƏ JTI ŞİRKƏTİNƏ, JT ŞİRKƏTİNƏ VƏ ONLARIN TÖRƏMƏ ŞİRKƏTLƏRİNƏ, ŞÖBƏLƏRİNƏ, FİLİALLARINA, VASİTƏÇİLƏRİNƏ, NÜMAYƏNDƏLƏRİNƏ VƏ YA LİSENZİATLARINA QARŞI YARANAN HƏR HANSI VƏ BÜTÜN İDDİALARI İRƏLİ SÜRMƏK HÜQUQUNDAN İMTİNA EDİRSİNİZ.

1.8 Müddəaların ayrı-ayrılıqda etibarlılığı

Bu Şərtlərin və Müddəaların hər hansı biri səlahiyyətli yurisdiksiyanın məhkəməsi tərəfindən hüquqi qüvvəsini itirmiş və ya etibarsız elan edilərsə, bu, Şərtlərin və Müddəaların digər qalan hissəsinin hüquqi qüvvəsinə təsir etməyəcək və bu cür hissə tam olaraq hüquqi qüvvəsində qalmaqda davam edəcəkdir.

1.9 Mübahisənin həlli

Bu Şərtlər və Müddəalar və İnternet saytımızdan irəli gələn və yaxud onunla bağlı olan hər hansı mübahisə İsveçrə qanunları üzrə şərh edilir və hüquqi qüvvəyə malikdir. İsveçrə, Cenevrə kantonu məhkəmələri və tribunalları müstəsna yurisdiksiyaya malikdir.

2. Məxfilik və Hüquqi məsələlər

Hazırkı sayt JT International SA şirkətinə məxsusdur. Bu saytdan istifadə etməklə siz onun aşağıda təqdim olunan Şərtləri və Müddəalarını və Məxfiliyə dair Müddəasını qəbul etmiş olursunuz. Bu siyasətlərlə razı olmasanız, dərhal hazırkı saytdan istifadəni dayandırın.

2.1 Bizin Məxfiliyə dair Bəyanatımız

Bu məxfiliyə dair bəyanat (“Bəyanat”) İstifadəçinin WWW.CODEOFCONDUCT.JTI.COM saytına təqdim etdiyi məlumatlara tətbiq edilir.

Sizin məxfi məlumatlarınız bizim üçün əhəmiyyətli olduğuna görə sizin məxfi məlumatlarınıza olan öhdəliyimizi nümayiş etdirmək istəyirik və bu baxımdan biz öz informasiya qaydalarımız və praktikalarımız barədə məlumat vermək qərarına gəlmişik. Bəyanatda müfəssəl şəkildə təqdim olunan qaydalar və prinsiplər sizin bizə təqdim etdiyiniz bütün məlumatlara tətbiq ediləcəkdir.

Bizim məxfi məlumatlara dair siyasətimiz barədə bütün suallar və şərhlər www.jti.com əlaqə səhifəsi vasitəsilə təqdim edilir.

Biz saytımızda məlumatları müxtəlif vasitələrlə toplayırıq:

2.2 Fayllar Jurnalı

Bizim saytla əlaqə quranda, biz sizin bağlantınız və kompüteriniz barədə müəyyən məlumatları toplayırıq. Buna sizin İP ünvanınız, brauzer növü və seçənəklər, kompüter növü və istifadə etdiniz əməliyyat sistemləri daxildir. Trendləri təhlil etmək, saytı idarə etmək, istifadəçinin hərəkətini izləmək və ümumi istifadə üçün geniş demoqrafik məlumatları toplamaq məqsədilə biz İP ünvanlarından istifadə edirik. Fayllar jurnalında toplanılan məlumatlar şəxsiyyəti müəyyən edən məlumatlara bağlanmır.

2.3 Kukilər

Kuki kompüterinizin bərk diskində saxlanılan məlumatların bir hissəsidir və buna İnternet saytımızda sizin sörfinq təcrübənizi artıran və yardım edən məlumatlar daxildir. Kukidən istifadə heç bir halda sizin İnternet saytımızdakı şəxsiyyəti müəyyən edən məlumatlara bağlanmır.

2.4 Məlumatlar üzərində sahiblik hüququ

JTI şirkəti İnternet saytımız vasitəsilə sizin təqdim etdiyiniz bütün məlumatları toplayır və bu saytda toplanılan məlumatların sadəcə sahibidir.

ŞƏXSİYYƏTİ MÜƏYYƏN EDƏN MƏLUMATLARI BİZƏ TƏQDİM ETMƏKLƏ SİZ BİZƏ AYDIN ŞƏKİLDƏ BƏYANATIN QAYDALARINA VƏ PRİNSİPLƏRİNƏ UYĞUN OLARAQ BU MƏLUMATLARDAN İSTİFADƏ ETMƏK SƏLAHİYYƏTİ VERİRSİNİZ.

Bizə sayt və ya məhsullarımız barədə təkliflər kimi digər məlumatlar və yaxud digər təklif, ideya və ya məlumat təqdim etsəniz, həmin məlumat bizə məxsus olacaq və sizə hər hansı kompensasiya ödənilmədən, öz tərəfimizdən seçdiyimiz hər hansı şəkildə istifadə edilə və açıqlana biləcəkdir.

2.5 Linklər

Bu İnternet saytında digər saytlara linklər verilə bilər. Lütfən, nəzərə alın ki, bu cür digər saytların məxfiliyin qorunması praktikalarına görə məsuliyyət daşımırıq. Saytımızı tərk edərkən və şəxsiyyəti müəyyən edən məlumatlardan ibarət hər bir İnternet saytında göstərilən məxfiliyə dair bəyanatı oxuyarkən bu barədə məlumatlı olmağı tövsiyə edirik. Bu Bəyanat yalnız bu sayt vasitəsilə topladığımız məlumatlara tətbiq edilir.

2.6 Məxfiliyə dair Bəyanatımıza daxil edilən dəyişikliklər

Biz saytda yenidən nəzərdən keçirilmiş siyasəti yerləşdirməklə istənilən vaxt məxfiliyə dair siyasətə dəyişiklik etmək hüququnu özümüzdə saxlayırıq. Bu siyasətə daxil edə biləcəyimiz dəyişiklikləri dövri surətdə yoxlamaq məsuliyyəti sizin üzərinizə düşür. Siz siyasətimizə daxil etdiyimiz dəyişikliklərlə razı olmasanız, bizə artıq təqdim etdiyiniz məlumatı silməyi tələb edən e-poçt mesajı göndərin və biz sizin istəyinizə əməl edəcəyik. Sizin yerləşdirilmiş dəyişikliklərə əməl etməklə hazırkı saytdan istifadə etməyiniz sizin bu dəyişiklikləri qəbul etdiyinizi bildirir.

Siz istənilən vaxt şəxsi məlumatlarınıza daxil olmaq və bizə e-poçt mesajı göndərməklə istənilən vaxt şəxsi məlumatlarınızda dəyişiklik etmək və ya onları silmək hüququna maliksiniz.