Davranış Kodeksimizə xoş gəlmisiniz

Hörmətli həmkar,

1 nömrəli tütün şirkəti olmaq ambisiyamıza nəyin bahasına olursa olsun nail olmaq düz deyil. Biz yalnız Davranış Kodeksi çərçivəsində fəaliyyət göstərərək və düzgün işləyərək uğur qazana bilərik.

Mən şübhə etdikdə tez-tez Davranış Kodeksinə mənə doğru yolu göstərən kompas kimi baxıram. Mən sizi ondan təlimat kimi istifadə etməyə çağırıram. Əgər orada axtardığınız cavabları tapmasınız, məsləhət istəyin. Şirkətimizin nüfuzu və nəticə etibarı ilə müvəffəqiyyəti bizim hər birimizin ən səmərəli fəaliyyət göstərməyimizdən, eyni təlimatdan çıxış etməyimizdən asılıdır.

Əsl mənada fərqli insanların olduğu şirkətdə işləməyimizə baxmayaraq, hamımız eyni etika standartları qəbul etməli və şirkətimizin dəyərlərini qorumalıyıq. Kodeks bizə necə işləmək barədə təlimatlar verərək və bizi fərqləndirən cəhətləri təsdiq edərək, bu gözləntini dəstəkləyir.

Fərdlər olaraq bizim hər birimizə aid olsa da, Kodeks, həmçinin, “Vahid komanda” ruhunu möhkəmləndirir. İstənilən qərar potensial olaraq hər birimizin gördüyü işə böyük təsir göstərə bilər – bizim hər birimiz kollektiv uğura töhfə vermək üçün fərdi məsuliyyət daşıyırıq.

Buna görə də, mən sizdən JTI-ın Davranış Kodeksini müdafiə etməyi xahiş edirəm. Bu, mürəkkəb deyil, müddəaların əksəriyyəti sağlam məntiqə söykənir. Şirkətimizin mahiyyətini daha yaxşı başa düşmək və hər iş gününün sonunda özünüzə düzgün işlədiyinizi xatırlatmaq üçün mənim kimi siz də ondan istifadə edin.


Eddi Pirard
Prezident və Baş icraçı direktor

«1 nömrəli tütün şirkəti olmaq ambisiyamıza nəyin bahasına olursa olsun nail olmaq düz deyil.»

Sonrakı Daxili nəzarət üzrə baş direktordan