Biznes etikamız

Dövlət sorğularında əməkdaşlıq

Biz dövlət tərəfindən aparılan sorğularda və araşdırmalarda tam əməkdaşlıq edirik.

Bu, JTI şirkəti üçün nə deməkdir?

Səlahiyyətli dövlət orqanları icazələr və sertifikatlar vermək, habelə JTI şirkətinin məsuliyyətlə fəaliyyət göstərməsinə əmin olmaq məqsədilə biznes fəaliyyətimizin müxtəlif aspektləri ilə əlaqədar vaxtaşırı məlumatlar tələb edirlər.

Bəzən səlahiyyətli dövlət orqanları "Qəfil reydlər" edərək xəbərdar etmədən JTI ofislərinə də gələ bilərlər.

Bu, bir işçi kimi mənim üçün nə deməkdir?

Mən daim düzgün və dəqiq məlumatlar təqdim etməli və ya bu cür məlumatların əldə olunmasını təmin etməliyəm. Sahəyə səfərlər zamanı vəzifəli şəxslər şirkətin hüquqşünasının təyin etdiyi əməkdaş tərəfindən daim müşayiət edilməlidir.

Mən məlumat və ya reyd üçün xəbərdar edilməmiş müraciət alsam, "Qəfil reyd" üzrə yerli təlimatlara əməl edir, habelə "Qəfil reyd" üzrə koordinatorun, yaxud yerli və ya regional hüquqşünasın dərhal məlumatlandırılmasına təminat verirəm. "Qəfil reyd" üzrə koordinatorların konkret vəzifələri "Qəfil reyd" üzrə təlimatlarda təsvir edilir.

"Qəfil reyd" üzrə koordinatorların vəzifələri nədir?

"Qəfil reyd" istənilən vaxt baş verə bilər. "Qəfil reyd" üzrə koordinatorlar belə vəziyyətlərdə əsas əlaqə şəxsləridir. Bu, belə vəziyyətlərə daim hazır olmağı və iştirak edən hər kəsin, o cümlədən qonaqları qəbul edən işçilərin, İT üzvlərinin, "Qəfil reyd" qrupunun digər üzvlərinin və ümumiyyətlə işçilərin onlara lazım olan məlumatlara malik olmalarına və hazırlıqlarına təminat verilməsini ehtiva edir.

Daha çox öyrən