Məhsullarımız

Biznes tərəfdaşlar ilə əlaqələrin qurulması

Biznes tərəfdaşlarımız uğurumuz üçün böyük əhəmiyyət kəsb edir. Onlar qanunlara və normativ aktlara riayət etmə, biznes etikası, keyfiyyət, sağlamlıq və təhlükəsizlik, insan hüquqları, əmək normaları və ətraf mühitin idarə edilməsi də daxil olmaqla müvafiq meyarlar əsasında diqqətlə seçilir.

Bu, JTI şirkəti üçün nə deməkdir?

Biznes tərəfdaşlarımıza müştərilər, təchizatçılar, tütün istehsalçıları, tütün yarpağı ticarətçiləri, distributorlar və kommersiya münasibətində olduğumuz digər tərəflər daxildir.

Biznes tərəfdaşlarımızın hər hansı biri tərəfindən qeyri-etik davranış nüfuzumuza mənfi təsir edə bilər. Biz yüksək etik normalarımıza əməl edən tərəfdaşlarla birgə işləməyə çalışırıq.

Bütün təchizatçılar JTI şirkətinin təchizatçılara dair standartlarına əməl etməlidir və biz əsas təchizatçıları bu standartlar əsasında attestasiya edirik.

JTI şirkətinin “Kənd təsərrüfatı üzrə iş metodları” (KTİM) proqramı tütün istehsalçıları və tütün yarpağı ticarətçiləri tərəfindən iş metodlarının təkmilləşdirilməsinə yönələrək, işçilərin hüquqları, sağlamlıq və təhlükəsizlik və uşaq əməyi kimi mövzuları əhatə edir.

Biz tütün məhsullarımızı satın alan və ya onlarla işləyən bütün biznes tərəfdaşlarımızın dürüstlük və vicdanlılıq baxımından nüfuzunun təmiz olduğunu təmin etmək üçün kompleks hüquqi qiymətləndirmə aparırıq.

Bu, bir işçi kimi mənim üçün nə deməkdir?

Mən biznes tərəfdaşlarla aydın gözləntilərə və qarşılıqlı hörmətə əsaslanan möhkəm əlaqələri qoruyub saxlamaqla, JTI şirkətinin təchizat zənciri üzrə yüksək standartları qoruyub saxlamaq səylərini dəstəkləyirəm.

Bu, bizim biznes tərəfdaşlarımız üçün nə deməkdir?

Biz gözləyirik ki, biznes tərəfdaşlarımız qanunvericiliyə riayət edəcək, etik biznes praktikasını təşviq edəcək və bizim yüksək standartları qoruyub saxlayacaqdır.

JTI şirkətinə tütün təchiz edən bütün tütün istehsalçıları və tütün yarpağı ticarətçiləri “Kənd təsərrüfatı üzrə iş metodlarına” (KTİM) əməl etməyə həvəsləndirilir və JTI şirkəti KTİM proqramlarının tətbiqində köməklik göstərə bilər.

Kənd təsərrüfatı üzrə iş metodları praktikada

Becərmə mövsümündə ferma təsərrüfatı üzrə ekspertlərimizdən biri fermeri vaxtaşırı ziyarət edirdi. O, bu ziyarətlərin birində aşkar etdi ki, fermer JTI şirkəti tərəfindən təqdim olunmuş fərdi mühafizə vasitələrini geyinmədən bitki qoruyucu preparatlardan (BQP) istifadə edir. Ekspert BQP-ın istifadəsi ilə əlaqədar sağlamlıq və təhlükəsizlik risklərini və fərdi mühafizə vasitələrinin onu mühafizə edə biləcəyini izah etdi. O, fermeri onun ərazisində bizim dəstəyimizlə təşkil olunan BQP-ın idarə edilməsinə dair təlimdə iştirak etməyə dəvət etdi. Növbəti BQP-ın tətbiqi dövründə ekspert fermerin öz fərdi mühafizə vasitəsini geyindiyini gördüyünə şad oldu.

Daha çox öyrən