Cəmiyyətdə rolumuz

Ədalətli rəqabətə təminat verilməsi

Biz rəqabət qanunlarına tam riayət etməklə bütün bazarlarda ədalətli rəqabət aparmaq öhdəliyi götürmüşük.

Bu, JTI şirkəti üçün nə deməkdir?

Ədalətli rəqabəti pozma məqsədinə və ya təsirinə malik istənilən davranış rəqabətin əleyhinədir.

Qəsdən olmadıqda belə, ədalətli rəqabət qaydalarına riayət edilməməsi JTI şirkəti və onun işçilərinə ciddi cərimələrin tətbiq olunması ilə nəticələnə bilər.

Biz bütün fəaliyyəti və strateji qərarları rəqiblərimizdən asılı olmadan həyata keçiririk. Biz müştərilərimizin öz müştərilərinə və bazarda necə rəqabət apardıqlarına dair sərbəst işgüzar qərarlar vermək hüququna hörmətlə yanaşırıq.

Bu, bir işçi kimi mənim üçün nə deməkdir?

Mən ədalətli rəqabət qaydalarını bilmək və bu qaydalarda təsbit edilən məhdudiyyətlərdən xəbərdar olmaq məsuliyyəti daşıyıram.

Mən bütün fəaliyyətimdə rəqiblərdən asılı olmadan JTI şirkətinin ticarət strategiyasını və tədbirlərini müəyyənləşdirirəm. Mən yalnız JTI şirkətinin marağında, rəqiblərlə məsləhətləşmədən, koordinasiya və ya razılaşma olmadan və yaxud rəqabət baxımından məxfi məlumatları mübadilə etmədən qərarlar verirəm.

Mən təminat verirəm ki, müştərilər öz müştəriləri ilə iş aparma, bazarda davranma və rəqabət aparma haqqında sərbəst işgüzar qərarlar verir.

Mən rəqabət baxımından həssas məlumatları diqqətlə işləyir və ifadə edir, onların təhlükəsizliyinin qorunub saxlanılmasına təminat verirəm.

Biznes sahəmdə rəqabət əleyhinə hər hansı fəaliyyətin baş verməsindən şübhələndikdə və ya rəqabət qanunları və onların mənim işimlə aidiyyətinə dair hər hansı suallarım olduqda dərhal hüquqşünas ilə məsləhətləşirəm.

Bu, bizim biznes tərəfdaşlarımız üçün nə deməkdir?

Biznes tərəfdaşlar, o cümlədən məsləhətçilər və məlumat təchizatçıları qüvvədə olan rəqabət qanunları ilə tanış olmağa və rəqabət baxımından həssas məlumatların məxfiliyini qoruyub saxlamağa görə məsuliyyət daşıyırlar.

Diqqət:

  • Məktub və ya memorandumda olduğu kimi üzbəüz danışıqlara, elektron məktublara və mətn mesajlarına da diqqətlə yanaşın.
  • Rəqiblə görüş kimi ticarət birlikləri ilə görüşlərə də eyni şəkildə yanaşın.
  • Rəqiblər, ticarət birlikləri və ya sənaye qurumları ilə görüşlər zamanı müzakirə edilən məsələləri dəqiq qeyd edin.

Daha çox öyrən