Bu, JTI şirkəti üçün nə deməkdir?
Biz ətraf mühitlə bağlı vəzifələrimizi fəal şəkildə idarə etməklə bərabər, fəaliyyətimizi davamlı təkmilləşdirməyi və şəffaf şəkildə açıqlamağı öz öhdəmizə götürürük.
Bizim işgüzar fəaliyyətimiz və təchizat zəncirimiz iqlim dəyişikliyi, təbii resursların tükənməsi, su çatışmazlığı və həyati əhəmiyyəti olan ekosistem xidmətlərinin korlanması təhlükəsinə məruz qalır.
Biz azaltma proqramlarımız və bərpa olunan enerjiyə kapital qoyuluşu vasitəsilə enerji istehlakını və karbon qazı emissiyalarını azaltmaq əzmindəyik. Biz fəaliyyətimizdə su istehlakının azaldılmasına və tullantıların minimuma endirilməsinə də xüsusi diqqət yetiririk. Bu, təlim, maarifləndirmə və azaltma proqramlarına kapital qoyuluşunu nəzərdə tutur.
Biz təchizat zəncirimizdə ekoloji riskləri qiymətləndirir, satınalma proseslərimiz vasitəsilə, habelə təchizatçılar, tütün yarpağını becərənlər və digər maraqlı tərəflərlə əməkdaşlıq etməklə, bu risklərin minimuma endirilməsi üzrə kompleks yanaşma tətbiq edirik.