Etik qərarlar vermək üçün bələdçiniz

Hər birimiz JTI şirkətinin ən yaxşı iş yeri olaraq qalmasına təminat verməklə və nüfuzumuzu qorumaqla JTI şirkətinin norma və dəyərlərinin qorunub saxlanılmasında əsas rol oynayırıq.

Gündəlik fəaliyyətinizin böyük bir hissəsində dəyərlərimizi, Davranış Kodeksimizi və digər şirkət siyasətlərini və prosedurlarını başa düşdüyünüzə görə siz doğru qərar verəcəksiniz. Sağlam düşüncəniz də doğru qərarın verilməsində sizə yardımçı olacaqdır.

Lakin bəzən siz elə vəziyyətlərlə üzləşirsiniz ki, nə etməyin düzgün olduğuna əmin olmursunuz. Belə vəziyyətlərdə “Sizin bələdçiniz” sizi qərarvermə prosesində istiqamətləndirməklə yanaşı, bütün müvafiq amillərin nəzərə alınmasına və qərarınızın mümkün nəticələrinin təxmin edilməsinə imkan verir.

“Sizin bələdçiniz” həm özünüz, həm də JTI üçün düzgün qərarın verilməsinə kömək edən sadə vasitədir.

Əgər nəsə qaydasında deyilsə...

Məsələn, siz aşağıda göstərilənlər barədə əmin deyilsiniz:

  • Planlaşdırdığınız iş
  • Sizdən yerinə yetirilməsi xahiş olunan məsələ
  • Gördüyünüz və ya eşitdiyiniz problem

Özünüzdən soruşun: problem varmı?

Hansı hisslər keçirəcəyinizi düşünün:

  • Onu mətbuatda görsəydiniz?
  • Sizə yaxın insanlar onu aşkar etsəydi?*

Daha sonra onu yoxlayın:

  • Qanunidirmi?
  • Şirkətimizin dəyərlərinə və Davranış Kodeksinə uyğundurmu?
  • Sizin öz dəyərlərinizə uyğundurmu?

Əmin olduqdan sonra

Davam edin

Hələ də narahatsınız və ya əmin deyilsiniz?

Aşağıda göstərilən şəxslərin hər hansı birindən məsləhət istəyin:

  • Sizin meneceriniz
  • Sizin İR üzrə biznes tərəfdaşınız
  • Sizin yerli hüquqşünasınız
  • Daxili nəzarət qrupunun üzvü
Əvvəlki Birbaşa menecer kimi vəzifəniz
Sonrakı Narahatlıqların bildirilməsi