Birbaşa menecer kimi vəzifəniz

Kodeksimiz, siyasətlərimiz və prosedurlarımız bütün işçilərə şamil edilsə də, bir menecer kimi biz sizdən JTI şirkətinin dəyərlərini yaşatmaqla və başqalarını daim etik və məsuliyyətlə davranmağa həvəsləndirməklə müsbət nümunə göstərməyi gözləyirik.

Bir menecer kimi siz öz komandanızda Kodeks barədə məlumatlılığın artırılmasında mühüm rol oynayırsınız. Hər bir kəsin ondan nə gözlənildiyini başa düşməsi və düzgün etik qərarlar vermək üçün adekvat təlim və təlimat alması böyük əhəmiyyət kəsb edir.

Biz kollektiv üzvlərinin narahatlıq doğuran məsələləri rahat qaldıra biləcəyi və kiminlə danışacağını bildiyi iş mühitini yaratmaqda sizə güvənirik. Əgər işçi narahatlığını sizinlə bölüşürsə, biz sizdən ona ciddi yanaşmağı və məsələnin arxayın və qisas qorxusu olmadan həllində ona köməklik göstərməyi gözləyirik. “Birbaşa menecerlər üçün yanlış davranışa dair narahatlıqların idarə edilməsi təlimatları” bu cür vəziyyət yarandığı təqdirdə sizə kömək edəcəkdir.

Aşağıdakı bölmədə komandanızda etik davranışın təşviqində sizə kömək edəcək bəzi praktiki vasitələr verilmişdir. Bura qısa təlimat sənədi, etik dilemmalar və başqa məlumatlar daxildir. Biz vaxt keçdikcə bunları yeniləyəcəyik.

Əgər siz hazırkı Kodeksin çap versiyasını oxuyursunuzsa və bu vasitələri əldə edə bilmirsinizsə, yerli İR İşgüzar Tərəfdaşınız və ya daxili nəzarət qrupunun üzvü ilə əlaqə saxlamağınızı xahiş edirik.

Əvvəlki Hazırkı Kodeks haqqında
Sonrakı Sizin Bələdçiniz